AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkmənistan Xəzərdə dəniz daşımaları üzrə əməkdaşlığı gücləndirir

  • + A
  • - A
  • Bu gün, 11:47

    Azərbaycan və Türkmənistan Xəzərdə dəniz daşımaları üzrə əməkdaşlığı gücləndirir

    Azərbaycan və Türkmənistan Xəzər dənizində yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə praktiki təlim keçirib.

    Türkmənistan Dövlət Gömrük Xidmətinin məlumatına görə, təlim Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı beynəlxalq dəniz limanlarının nümayəndələrinin iştirakı ilə təşkil olunub. Tədbirdə, həmçinin Qazaxıstan və Tacikistanın nümayəndələri iştirak ediblər.

    Təlim çərçivəsində Xəzər dənizində beynəlxalq yük dövriyyəsinin inkişafı, malların qanunsuz dövriyyəsinə qarşı mübarizə və bununla bağlı risklərin azaldılması məsələləri müzakirə olunub.

    İştirakçılar praktiki təcrübə mübadiləsi aparıb, əmtəə və yük müşayiətedici sənədlərlə birgə işləyiblər. Tədbirin əsas məqsədlərindən biri mütəxəssislərin peşəkar bacarıqlarının, operativ informasiya mübadiləsinin və limanlar arasında birbaşa əməkdaşlığın təkmilləşdirilməsi olub.

    Məlumata görə, növbəti mərhələdə yüklərin və nəqliyyat vasitələrinin gömrük yoxlanışına dair birgə mexanizmin hazırlanması planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR