AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

  • + A
  • - A
  • Bu gün, 18:39

    Azərbaycanda turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

    Dövlət Proqramının əsas məqsədləri turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmə və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, həmçinin effektiv brendinq və marketinq fəaliyyətinin təşkilidir.

    Sərəncama əsasən, Nazirlər Kabineti altı ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.

    Bundan başqa, üç ay müddətində turizm layihələrinə investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi və dövlət büdcəsi hesabına verilən subsidiyaların şərtləri ilə bağlı təkliflər hazırlanmalıdır.

    Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət, eləcə də görülən işlər barədə ildə bir dəfə Prezidentə məlumat verilməsi tapşırılıb.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

    Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitlərin nəzərdə tutulması təmin ediləcək.

    Proqramın icrasının monitorinqi və qiymətləndirilməsi isə Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

    Sərəncam 20 avqust 2026-cı ildə imzalanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR