AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Qazaxıstan Transxəzər nəqliyyat marşrutunun inkişafını müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 11:54

    Azərbaycan və Qazaxıstan Transxəzər nəqliyyat marşrutunun inkişafını müzakirə edib

    Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığın inkişafı, xüsusilə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

    Müzakirələr Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Alimirzamin Əsgərov ilə Qazaxıstanın xarici işlər naziri Yermeк Koşerbayev arasında keçirilən görüş zamanı aparılıb.

    Görüşdə Bakı ilə Astana arasında strateji tərəfdaşlığın genişləndirilməsi perspektivləri, yüksək səviyyəli siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafındakı rolu və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

    Qazaxıstan Xarici İşlər Nazirliyi qeyd edib ki, dövlət başçıları arasında müntəzəm təmaslar və etimadlı dialoq Qazaxıstan-Azərbaycan münasibətlərinin ardıcıl inkişafı üçün möhkəm əsasdır.

    Tərəflər həmçinin iki ölkə arasında ticarət əlaqələrinin müsbət dinamikasını və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Astana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Bakını əsas tərəfdaşlarından biri hesab edir.

    Görüşdə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Qazaxıstan XİN rəhbəri ölkədə aparılan islahatlar barədə məlumat verib və qarşıdan gələn Qurultay seçkilərinin əhəmiyyətini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR