AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada gübrə istehsalçıları enerji böhranı səbəbindən fəaliyyətlərini dayandırır

  • + A
  • - A
  • Bu gün, 11:43

    Avropada gübrə istehsalçıları enerji böhranı səbəbindən fəaliyyətlərini dayandırır


    Avropada təbii qaz və elektrik enerjisinin qiymətlərinin kəskin artması gübrə istehsalçılarını çətin vəziyyətə salıb. ABŞ və İran arasında baş verən münaqişə fonunda enerji daşıyıcılarının bahalaşması bir sıra müəssisələrin istehsalı azaltmasına və müvəqqəti bağlanmasına səbəb olub. Bu barədə *Financial Times* sənaye şirkətlərinin rəhbərlərinə istinadən məlumat yayıb.

    Avropada qazın qiyməti 1 MVt·saat üçün 90 avronu ötüb. Münaqişədən əvvəl bu göstərici təxminən 32 avro təşkil edirdi. Ammonyak istehsalında dəyişən xərclərin 80–90 faizini təbii qaz təşkil etdiyindən, enerji qiymətlərinin artması istehsalın maya dəyərinə ciddi təsir göstərib. Hazırda Avropada bir ton ammonyakın istehsalı 1 096 dollara başa gəlir. Müqayisə üçün, Şimali Afrika, Trinidad və Tobaqo, eləcə də ABŞ-dan idxal olunan ammonyakın qiyməti təxminən 760 dollardır.

    Mövcud vəziyyətlə əlaqədar dünyanın ən böyük mineral gübrə istehsalçılarından biri olan Norveçin Yara şirkəti Avropadakı zavodlarında ammonyak istehsalını 27 faiz azaldıb.

    AGF Nitrogen isə hələ sentyabr ayında ammonyak istehsalı güclərini minimum səviyyəyə – təxminən 80–85 faizə endirib. Oktyabrın sonunda şirkət Fransa, Almaniya, Avstriya, Çexiya və Slovakiyadakı müəssisələrdə istehsalın müvəqqəti dayandırıla biləcəyini açıqlayıb. Fransadakı zavodlardan birində istehsal xətti tamamilə dayandırılıb, şirkət isə liman ərazisində yerləşən müəssisələrini idxal olunan ammonyak hesabına təmin etməyə üstünlük verib.

    Sektor nümayəndələri mövcud vəziyyətin Avropada gübrə istehsalçılarının müflisləşməsi, istehsal güclərinin digər regionlara köçürülməsi və idxaldan asılılığın daha da artması ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər.

    Bununla yanaşı, idxalın Avropa bazarının tələbatını tam ödəməsi də real görünmür. Xüsusilə Mərkəzi Avropa ölkələrində logistika məhdudiyyətləri xaricdən gübrə tədarükünün artırılmasına mane olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR