“Rabitəbank” 2019-cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, Bank 2019-cu ilin ilk yarımilliyini 18 milyon manat zərər açıqlayıb.
“Kommersant.az” bankın hesabatına əsasən xəbər verir ki, “Rabitəbank”ın cəmi aktivləri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 101 mln. 88 min manat azalaraq 611 mln. 404 min manata düşüb. Bunun əsas səbəbi də bankın likvid aktivlərinin 136 mln. 949 min manat azalması olub.
Bundan başqa bankın cəmi öhdəlikləri də 2018-ci ilin eyni dövrü ilə müqayisədə 108 mln. 832 min manat azalaraq 516 mln. 877 min manata enib.
“Rabitəbank”ın cəmi kapitalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019 –cu ilin 2-ci rübündə 7 mln. 744 min manat artaraq 94 mln. 527 min manata bərabər olub.
MÜŞTƏRİLƏR PULLARINI BANKDAN GERİ ÇƏKİR
“Rabitəbank”ın depozit portfeli 2018 –ci ilin 2-ci rübü ilə müqayisədə kəskin azalıb. Belə ki, bankda müştərilərin cari hesabları 98 mln. 348 min ədəd azalaraq 186 mln. 431 hesaba enib. Bundan başqa bank müştərilərinin müddətli depozitlərini də itirib. Belə ki, bankın müştəriləri 33 mln. 291 min manatlıq depozitini geri çəkərək bankın depozit portfelini 186 mln. 431 min manata endirib.
BANKIN GƏLƏCƏK RİSKİ – KREDİT PORTFELİ
Bank 2019-cu ildə kredit bazarına aqressiv şəkildə girib. Bu da bankın gələcəkdə çox çətin problemlər yaşayacağını göstərir. “Rabitəbank”ın kredit portfeli 2019-cu ilin 2-ci rübündə 83 mln. 158 min manat artaraq 346 mln. 502 min manata yüksəlib. Gələcəkdə baş verə biləcək kiçik devalvasiya sözügedən bankın maliyyə vəziyyətini çox ağırlaşdıracaq. Cari ildə dövlət tərəfindən kompensasiyaların verilməsini və buna görə də bazarda bir neçə bankın problemli kreditlərin və vaxtı keçmiş kreditlər üçün ayrılan ehtiyyatlarının azalmasının şahidi olduq. Buna baxmayaraq, “Rabitəbank”da vaxtı keçmiş kreditlər il ərzində 7 mln. 874 min manat artaraq 36 mln. 416 min manata çatıb. Bunun da 32 mln. 513 min manatı Bakı şəhərinə aiddir.
Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər 2018-ci ilin eyni dövrü ilə müqayisdə 94 mln. 50 min manat artaraq 441 milyon manata çatb.
“Rabitəbank”ın aqressiv kredit bazarındakı bir reklamının qiyməti:
“Rabitəbank” Bakı metrosunda (Zona A) 32 sütuna reklam verərək brendinq edib ki, bunun da qiyməti 8240 manat təşkil edir. Aylıq ödəniş üçün isə bank hər ay 6.000 manat ödəniş edir ki, bu qiymətə ƏDV daxil deyil.
Qeyd edək ki, bu rəqəmlər Metropoliten tərəfindən açıqlanıb.
BANK ZƏRƏRİNİ AÇIQLAYIB
“Rabitəbank” cari ilin ilk yarısını zərərlə başa vurub. Bank 2018-ci ilin ilk yarısında da zərərdə olub. Sözügedən bankın zərəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3 mln. 188 min manat azalaraq 18 mln. 173 min manata bərabər olub.Bankın kredit portfelinin artması gələcəkdə baş verə biləcək problemlərdə zərərin daha da artmasına gətirib çıxaracaq.