Hər gün milyonlarla avtomobil paytaxtın şimal girişi sayılan Sumqayıt şossesindən daxil olur. Yolda yaranan tıxac və sıxlıqlarda o insanlar müəyyən qədər vaxtlarını itirir. Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu vəziyyət bir azda acınacaqlı olacaq. ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Günün pik saatlarında yaranan bu mənzərə ilə təkcə Sumqayıtdan paytaxtda iş, təhsil dalınca gələnlər yaşamır. Eyni problemlə Abşeron rayonunun sakinləri də üzləşir. Bu daha çox 20 yanvar, Xırdalan dairələri arasındakı hissədə özünü qabarıq biruzə verir.
Elməddin Muradlı – Ekspert: “Xırdalan dairəsindən üzü şəhər istiqamətinə gələndə, yenə 6 zolaqlı yol gəlib Şamaxinka dairəsindəki tuneldə tıxanır. 6 zolaqlı yol gəlib 2-3 zolaqlı yola daxil olanda əlbəttə tıxcac olacaq. Və Xırdalan dairəsi dağıdılmasa, o 6 zolaq gəldiyi kimi davam etməsə, orda problem heç vaxt həll olunmayacaq”.
Paytaxtda şimaldan daxil olan vətəndaşlar istər giriş zamanı, istərsə də şəhəri tərk edərkən təminən gündə 1 saat saat yarım vaxt itirir. Bu isə günlərə, aylara vurduqda kifayət qədər böyük rəqəm edir.
Avtobus sürücüsü: “Səhər-səhər üzü şəhərə tərəf tırac olur, axşam isə əks istiqamətdə. Əlbəttə ki, bu vəziyyət işimizə təsir edir”.
Sakin: “Səhərlər 09:00-a qədər, axşam isə əks istiqamətdə 18:00 və 20:00 arası tıxac olur”.
Yol polisi deyir deyir ki, pik saatlarda şəhərdən çıxış zamanı yaranan problem Moskva prospektindəki sürücü özbaşınalığıdır. Vaqif Əsədov – BŞBDYPİ-nin bölmə rəisi: “Şamaxınka ərazidən 20 yanvar dairəsi ərazi istiqamətində yolun hər iki hissəsində dayanma-durma qaydalarının yerinə yetirilməməsi bu ərazidə hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri üçün süni sıxlıq yaradır”.
Problemin həlli üçün yeni təkliflər də hazırdır. Artıq həmin layihə aidiyyatı qurumlara da təhvil verilib.
Elməddin Muradlı – Ekspert: “Xırdalan dairəsinin tam dağıdılması, yeni bir infrasturukturun yaradılması, yəni axının tarazlanması layihəsi davam etdirilir, amma bu layihənin icrası üçün 6 ay vaxt lazımdır”.
Bu layihənin nə vaxt icra olunacağı isə hələlik bilinmir. Buna kimi isə, hər gün eyni mənzərə, eyni əsəb və köhnə problem öz yerində qalır