ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
Sualların çoxu Ukrayna münaqişəsinin həlli ilə bağlı olub.
O bildirib ki, hazırda qruplar səviyyəsində danışıqlar aparılır. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir. Lakin Amerika lideri vurğulayıb ki, “tanqoya iki nəfər lazımdır”.
Eyni zamanda, Tramp Putinlə birbaşa əlaqə saxlayıb-saxlamaması ilə bağlı suala cavab verməkdən imtina edib: “Mən bu barədə danışmaq istəmirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.