AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazirdən qərar — Bu texnikalar ƏDV-dən azad edildi

  • + A
  • - A
  • 2-04-2020, 14:37

    Baş nazirdən qərar — Bu texnikalar ƏDV-dən azad edildi


    “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı” təsdiqlənib.
    Oxu.az xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı müəyyənləşib.

    Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların, digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri ƏDV-dən azad edilib.

    Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün işlənmiş yükləyici qurğuların, digər yükləyici qurğuların hissələri də siyahıya daxil edilib.

    Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınlarının hissələri də ƏDV-dən azad edilib. Lakin qazon və idman meydançaları üçün katokların hissələri istisna təşkil edir, yəni onlar bu siyahıda yer almır.

    Pres toplayıcılar, saman, quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması, döyülməsi üçün maşınlar, mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, kalibrlənməsi üçün maşınların hissələri ƏDV-dən azad olunan malların siyahısına düşüb.

    Qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisnadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR