AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir VİDEO/FOTO

  • + A
  • - A
  • 14-12-2021, 14:36


    Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə boyu vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir.

    Bu cür layihələrdən biri respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsidir. Layihə çərçivəsində AAYDA tərəfindən tikinti işlərinə start verilib.
    1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

    - texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
    - görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci km hissələrində torpaq yatağının tikintisi,1, 27,34, 37, 50, 62, 79-cu km-də körpülərin, 80-ci km-də tunellərin və 60-cı km-də alt keçidlərin tikintisi aparılır.

    2 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

    - texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
    - görülmüş işlər: yolun 12-13-cü km hissəsində torpaq yatağının qazılması, 12.8 və 13.3-cü km hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 m üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

    3 Kəlbəcər -– Laçın avtomobil yolu

    - texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
    - görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40% icra olunub. Mobilizasiya işləri davam etdirilir.

    4 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

    - texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
    - görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 85% quraşdırılıb.

    5 Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu

    - texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
    - görülmüş işlər: 0-23 və 42-76-cı km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 25% icra olunub.


    6 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

    - texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
    - görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu km-də körpü tikintisi işləri aparılır. Torpaq işləri 37%, yol geyimi - 4%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.
    7 Qubadlı - Eyvazlı avtomobil yolu

    - texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
    - görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

    8 Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil

    - texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
    görülmüş işlər: torpaq işləri 53%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 55%, körpülərin tikintisi 51 % icra olunub.

    9 Füzuli -– Hadrut avtomobil yolu

    - texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
    görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.

    10 Bərdə – Ağdam avtomobil yolu

    - texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
    - görülmüş işlər: torpaq işləri 45.9%, yol geyimi 9.8%, boru və keçidlərin tikintisi işləri 33.5%, körpülərin tikintisi 84.9% icra olunub.

    11 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

    - texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
    - görülmüş işlər: Yolun ilk 1.8 km-lik hissəsində asfalt-beton örtüyün alt qatı tikilib, 1.8-6 km və 12-22 km hissələrində boruların quraşdırılması və əsasın tikintisi işləri aparılır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR