2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
Bura daxildir:
Respublika əhəmiyyətli - 128.4 km;
Yerli əhəmiyyətli - 425 km;
Bakı şəhər yolları - 174.9 km;
Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilmişdir.
Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov AAY işçilərinin peşə bayramına həsr ediımiş mətbuat konfransında bildirib. S. Məmmədov qeyd edib ki, 2021-ci il ərzində 10 yeni körpünün (İsmayıllı rayonu ərazisində 4, “Zəfər Yolu üzərində 5, Ağcabədi rayonu ərazisində 1), Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına, habelə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.