AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTA bu qoruqlarda qiyməti dəyişdi

  • + A
  • - A
  • 1-06-2023, 18:10

    DTA bu qoruqlarda qiyməti dəyişdi

    İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə ƏCNƏBİ vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
    Bu gündən xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti əcnəbilər üçün 9 AZN təyin edilib.
    “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə 15 AZN olacaq.
    Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.
    Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR