AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

208 adda mal və xidmət bahalaşdı

  • + A
  • - A
  • 29-05-2018, 10:52

    208 adda mal və xidmət bahalaşdı














    2018-ci ilin birinci rübündə inflyasiyanın hesablanması üçün istifadə olunan 520 adda mal və xidmətdən 170-nin qiyməti azalıb, 142-nin qiyməti isə dəyişməz qalıb. Nəticədə 208 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.
    Mərkəzi Banka istinadən xəbər verir ki, 2018-ci ilin ilk rübündə orta aylıq inflyasiya 0.1% olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% bəndi aşağıdır.

    MB-dan bildirilir ki, dövr ərzində istehlak qiymətlərinin azalmasına təsir göstərən amillərdən biri gözləntilər olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə edilib.
    Belə ki, Mərkəzi Bank tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən 2018-ci ilin birinci rübü ərzində ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri mebel və avtomobil seqmentində azalıb, məişət avadanlıqları seqmentində isə artıb.

    Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə azalıb. Azalma daha çox nəqliyyat, otelçilik və səhiyyə seqmentlərində özünü göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR