AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda evlərin qiyməti bahalaşıb

  • + A
  • - A
  • 19-05-2018, 12:33

    Bakıda evlərin qiyməti bahalaşıb















    2018-ci ilin aprelində Bakıda daşınmaz əmlak bazarında qiymətlər mart ayı ilə müqayisədə 2,49 faiz artıb.
    Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

    Ekspertin sözlərinə görə, ötən ay ərzində qiymət artımı bazarın demək olar ki, bütün seqmentlərini əhatə edib:

    “İlkin mənzil bazarında qiymətlər 3,98 faiz, ikinci mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb. Ay ərzində yalnız kommersiya obyektlərinin icarəsi bazarında 0,39 faiz azalma qeydə alınıb”.
    O qeyd edib ki, örtən ilin aprel ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 0,87 faiz azalıb. Onun sözlərinə görə, azalma əsasən kommersiya obyektləri bazarında qiymətlərin ucuzlaşması ilə əlaqədardır:

    “Ötən ilin aprel ayı ilə müqayisədə ikinci mənzil bazarında qiymətlər 2,28 faiz, kommersiya obyektləri bazarında 10,88 faiz azalıb. Eynilə ilkin mənzil bazarında 0,27 faiz, torpaq bazarında 7,01 faiz, mənzil kirayəsi bazarında 2,43 faiz artım müşahidə olunub. Kommersiya obyektlərinin icarəsi bazarında qiymətlər dəyişməz qalıb”.

    Ekspert son olaraq bildirib ki, bazar sabitləşmə tendensiyası nümayiş etdirir və ilin sonunadək bazarda altı faizlik artım gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR