Öpmək, qucaqlamaq… bunları qadağan etmək məntiqsizdir” – Hadisə
Ötən gün Türkiyədə “Altın Kelebek” (Qızıl kəpənək) mükafatlandırma mərasimi keçirilib.
Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, mükafat alanlardan biri də məşhur müğənni Hadisə olub.
O, “ilin ən yaxşı klipi” üzrə kateqoriyada yer tutub. Hadisə fürsətdən istifadə edərək Türkiyənin Radio və Televiziya Şurasına (RTÜK) iradını bildirib.
“Sıfır tolerans” klipinin efir qadağası barədə danışan müğənni bu qərarı düzgün hesab etmədiyini söyləyib.
“Məncə, sevmək, öpmək, qucaqlamaq dünyanın ən normal hisləridir. Bunların qadağan edilməsi çox məntiqsizdir. Mənim əvəzimdə kişi müğənni olsaydı, ona qarşı bu münasibət göstərilməzdi”.