“Mənə ailəsi ilə yaşayıb kənarda mənlə gəzmək istəyən kişi lazım deyil" — Mətanət Əsədova
Prodüser Tarix Əliyevin "Tolik ilə səmimi"adlı "Youtube" layihəsinin bu dəfəki qonağı müğənni Mətanət Əsədova olub.
Veriliş boyu Mətanət cəsarətli açıqlamaları ilə yadda qalıb.
"Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil. Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. "
Bundan başqa muğam ifaçısı aldığı hədiyyələrdən də danışıb:
"30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım”.
Məşhur İfaçı Mətanət Əsədova bəzi şou müğənnilərinə atmaca atmağıda unutmayıb:
"Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram".
Müğənni xanım bir müddət əvvəl ailə qurması barədə yayılan şailərədə münasibət bildirib:
"Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim. Görünüşümə baxıb deyirlər, bu nədir... Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam".