AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur müğənnilər Ermənistana gedir

  • + A
  • - A
  • 16-06-2022, 13:44

    Məşhur müğənnilər Ermənistana gedir

    "Aya" festivalı çərçivəsində yaxın günlərdə dünya şöhrətli ulduzlar Ermənistana gedəcək və solo konsertlər verəcəklər.

    AzadMedia.az erməni mətbuatına istinadən xəbər verir ki, iyunun 25-də İrəvanda dünya şöhrətli fransız müğənni Zaz, iyulun 1-də isə reper 50Cent-in konserti olacaq.

    “Aya” festivalının və “Yerevan Projects” layihəsinin təsisçisi Sona Hovhannisyan qeyd edib ki, bunlar hamısı deyil. Hazırda digər dünya şöhrətli ulduzları Ermənistana “gətirmək” üçün onlarla danışıqlar gedir. Məsələn, Cennifer Lopez, Enrike İqlesias, gələcəkdə - Şakira Ermənistana dəvət olunacaq. Hazırda Lopes və İqlesiasla danışıqlar gedir, payızda onlar da İrəvanda olacaqlar:

    “Amma məncə, bu musiqiçilərdən biri indi gəlsə, digəri gələn ilə qalsa, daha yaxşı olardı. Biz Lopez üçün oktyabrın ilk həftəsi ilə bağlı danışıqlar aparırıq”, - Hovhannisyan qeyd edib ki, iki müğənni ilə artıq müqavilə mərhələsinə gəliblər və hər gün müsbət cavab gözləyirlər".

    Onun sözlərinə görə, adıçəkilən ulduzlar regiona ilk dəfə səfər edəcəklər. Onu da qeyd edək ki, adıçəkilən ulduzlar karyeralarını başa vurmağa yaxındırlar və beynəlxalq şou-biznesdə reytinqləri o qədər də yüksək deyil. -deyə erməni mətbuatında qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR