AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zülfiyyə xəstəxanadan şəkil paylaşdı — "Səni yox edəcəm"

  • + A
  • - A
  • 7-08-2018, 10:46

    Zülfiyyə xəstəxanadan şəkil paylaşdı — "Səni yox edəcəm"















    Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova yenə xəstəxanaya yerləşdirilib.
    Həm aparıcılıq edən, həm də vəkil olan Zülfiyyə İlqarla birgə palatadan çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb və yazıb:

    “Yenə Milli Onkologiya Mərkəzi və sistemlər. Sən neyləsən də dilimdən şükürü, üzümdən gülüşü yox edə bilməyəcəksən. Əksinə, Allahın köməkliyi ilə mən səni yox edəcəm”.
    Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, malicəsini Bakıda davam etdirir. Bir müddət əvvəl isə Bayramova saçının töküləcəyini nəzərə alaraq keçəl olmağa qərar verib. Ona isə dəstək məqsədi ilə həyat yoldaşı İlqar Mikayıloğlu, oğlu, qardaşı, qardaşı oğlu, bir çox yaxınları, eləcə də, tanınmış simalar saçlarını keçəl kəsdiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR