İlqar xərçəngdən əziyyət çəkən xanımına sürpriz etdi — FOTO
Bir müddət öncə xərçəng xəstəliyi səbəbilə əməliyyat olunan və hazırda da müalicə alan aparıcı və vəkil Zülfiyyə Bayramovaya həyat yoldaşı, aparıcı İlqar Mikayıloğlu sürpriz edib.
Axşam.az bildirir ki, İlqar xəstəxanaya gedib xanımına gül dəstəsi hədiyyə edərək ona sevgisini etiraf edib.
Bu barədə vəkil sosial media hesabında şəkil paylaşaraq yazıb:
"Səhər gözümü açıram və görürəm İlqar əlində bir dəstə güllə dayanıb "Səni sevirəm, Zülfiyyə" deyir".
Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, malicəsini Bakıda davam etdirir.