AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“CinemaPlus” Ümummilli Lider Heydər Əliyevin səfərləri haqqında filmlərə dəstək olub

  • + A
  • - A
  • 12-02-2024, 11:23

    “CinemaPlus” Ümummilli Lider Heydər Əliyevin səfərləri haqqında filmlərə dəstək olub


    Bakı, 12 fevral: Azərbaycanlı səyyah, tanınmış jurnalist Azər Qərib Ulu Öndər H.Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusunun üzərində çalışır.
    Azər Qəribin birinci səfəri Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə səyahət etdiyi İtaliyaya həsr olunub. Bu maraqlı layihə Ümummilli Liderin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.

    İkinci filmdə Ulu Öndərin 1998-ci ildə Yaponiyaya baş tutmuş ilk rəsmi səfərinin maraqlı məqamlarından bəhs olunur. Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb. Aparıcı ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Yaponiyanın iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.

    A.Qərib Ümummilli Liderin daha 4 səfəri barədə oxşar mövzuda maraqlı məqamların film formatında lentə alınacağını da vurğulayıb.
    İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğlu daxildir.
    Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi bu layihəyə dəstək olub.
    https://www.youtube.com/watch?v=Yi08BjeWxGE
    https://www.youtube.com/watch?v=hCmDx2mNYKE
    https://www.youtube.com/watch?v=7X_mEoC5_c0






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR