Qoç – Aktual məsələlərin həlli, peşəkar fəaliyyət və maliyyə sahəsində yaranmış problemlərin aradan qaldırılması üçün günün ilk yarısı ən optimal zamandır. Çoxdan başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa vursanız, yaxşı nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq.
Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə üstünlük verərək keçirin.
Buğa – Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin.
Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa, bəzilərini təxminləməyə can atın.
Əkizlər – İşgüzar təmaslarda diqqətli olun. Başqalarının məsləhətləri ilə davranaraq maraqlarınızı qurban verməyin. Ən müxtəlif yaşda və sosial durumda olan insanlarla dil tapmağa çalışın.
Günün ikinci yarısı intensiv ünsiyyət zamanıdır. Mobillik, çeviklik, psixoloji mütəhərriklik xüsusi əhəmiyyət kəsb edəcək. Çalışdığınız kollektivdə müəyyən gərgin anlar yaşana bilər.
İndiyədək çözə bilmədiyiniz mübahisəni axşam saatlarında asanlıqla həll edə bilərsiniz.
Xərçəng – Səhər saatlarında vurnuxma, işlərin sürətli artımı istisna deyil. Anlaşılmazlıqlar və mübahisələrdə haqsızlığa rəvac verməyin. Ədalətli olun. Emosional durumlarda soyuqqanlı davranın.
Günün ikinci yarısında yeni işə başlayanda təcrübə və ya məlumat çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Harasa təcili yollanmaq zərurəti yaranacaq. Dəyər verdiyiniz insanlarla münasibətlərdə hər şey normal deyil. Bununla belə, situasiyanı həddən artıq dramatikləşdirməyin.
Şir – Təşəbbüskar olun. Bədxahları pərişan etməyin ən rahat yolu onların dedi-qodularına, şayiələrinə fikir verməməkdir. Özünüzü, maraqlarınızı düşünün. Yoxsul yox, varlı olmağa can atın. İnadkar və zəhmətkeş fəaliyyət uğur vəd edir.
Günün ikinci yarısında böyük fiziki qüvvə və vaxt tələb edən iş olacaq. Tələsməyin, bədbinliyə qapılmayın. Gərəkli nəticəni ən son anda əldə edəcəksiniz. Yaxınlarınızla təmaslarda onlara psixoloji təzyiq göstərməyin.
Axşam saatlarında normal istirahət edin.
Qız – Ətrafınızdakı situasiyanı tam anlamasanız da, tələsik qərarlar verməyə tələsməyin. Situasiyadan asılı davranmayın. Hərəkətləriniz xaotik, qarışıq, ziddiyyətli olmasın. Optimal strategiyanı düşünün, işlək taktika seçin.
Günün ikinci yarısında soyuqqanlı olun. Kiçik problemlərə və maneələrə fikir verməyin. Səbrli olun, irəliləyişə can atın.
Yaxınlarınızdan birinin sözləri və əməlləri sizi narahat edə bilər. Yalan eşidəcəksiniz. Hər sözə aldanmayın.
Tərəzi – Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.
Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.
Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.
Əqrəb – Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.
Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.
Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Oxatan – Günün ilk yarısında cəhdləriniz ən yaxşı effekti verəcək. Bu və ya digər məsələnin çözüm sürəti zəhmətkeşliyinizdən, inadınızdan asılıdır. Sizdən asılı olmayan amillərlə təmayülləri də unutmayın.
Günün ikinci yarısında dürüst taktikanın seçilməsi xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız işgüzar prosesə xüsusi təsir edəcək. Kiçik səhvləri gələcək fəaliyyətiniz üçün faydalı təcrübə sayın. Yaxınlarınız və qohumlarınızla təmaslarda səbrli, təmkinli olun. Münaqişə situasiyası yaratmayın.
Oğlaq – Günün ilk yarısından etibarən aktiv çalışın. Rəqiblərdən geri qalmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə irəliləyin. Tamamilə yeni sahədə tapşırıqlar və sifarişlər ala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə problemlər yaranacaq. Anlaşılmazlıqları ağır müşküllərə çevirməyin. Karyeranıza birbaşa təsir edə biləcək söhbət, müzakirə olacaq. Şəxsi həyatınızda önəmli qərarları hələlik təxirə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Dolça – Maddi məsələlərlə bağlı müəyyən problemlər yarana bilər. Çevik və sayıq davranın. Maddi sahədə yeniliklər istisna deyil. Şübhəli davranmayın. Yanlışlıqlar sizə ağrılı problemlər vəd etmir.
Günün ikinci yarısında işlərinizin səhmanda olmasına xüsusi fikir verin. İşdə rəhbərlik dediklərinizi dinləyəcək. Həmkarlarla münasibətlərin normal olmasına çalışın.
Axşam saatlarına yaxın yorğunluq hiss edə bilərsiniz. Enerji səviyyəniz aşağı düşəcək. Sakitlikdə istirahət edin.
Balıqlar – Maraqlandığınız işlərlə səhər saatlarından məşğul ola bilərsiniz. Diqqətli və sayıq olun. Karyera müstəvisində uğurlar istisna deyil. Yaradıcılıqla bağlı planlarınıza dəyişikliklər də mümkündür.
Günün ikinci yarısında bütün işləri müstəqil görməyə çalışın. Kənardan yardım gözləməyin. Kollektiv fəaliyyətdə qıcıq, diskomfort istisna deyil.
Axşam saatlarında şəxsi münasibətlərdə köhnə problemlər aktivləşə bilər. Sevdiyiniz insanla mühüm söhbətdən yayınmayın.
Milli.Az