Həbsxana dedikdə, saxlanma şəraiti ağır olan, törətdikləri cinayətlərə görə məhkum olunmuş şəxslərin saxlanıldığı məkan ağıla gəlir.
Cinayətkarların islah olunması, törətdiyi əməlin ağırlıq dərəcəsini dərk etmək üçün yaradılmış penitensiar xidmət korrupsiya, zorakılığın adiləşməsi halları ilə bağlı kəskin tənqid olunur.
Amma dünyanın bəzi həbsxanaları bu düşüncəni alt-üst edir. Çünki bu tip həbsxanalardakı məhkumlar bəlkə də evlərində olmayan komfort şəraitdə yaşayırlar. Bəs, azadlıq hüquqları əllərindən alınan məhkumlar necə cəza çəkirlər?
Belə müəssisələrindən birinin rəhbəri Arne Nilsen sualın cavabında “cəzanın başlıca hədəfi qisas yox, təkrar cinayətlərin qarşısını almaq, məhkumların reabilitasiya keçərək həbsxanaya bir də geri dönməməsinə səbəb olmaqdır” deyir.
Modern.az həmin komfortlu, qeyri-adi cəzaçəkmə müəssisələrindən bəzilərini sizlərə təqdim edir: