AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sizə rahat gələn işə həsr edə biləcəyiniz gündür — Günün ulduz falı

  • + A
  • - A
  • 31-03-2018, 12:39

    Sizə rahat gələn işə həsr edə biləcəyiniz gündür — Günün ulduz falı














    Milli.Az ulduz falını təqdim edir:
    Qoç - gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır.
    Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz.

    Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın.
    Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.

    İnadkar olmayın, gərəksiz mübahisələr etməyin.

    Buğa - şəxsi həyatınızda qəfil dəyişikliklər ola bilər. Baş verən hadisələrin sizi qəfil yaxalamasına imkan verməyin.
    Yeni nəyəsə başlaya bilərsniz. Amma əvvəlcə ətrafınıza diqqətlə nəzər salın.

    Çətinliklərlə üzləşəndə yardımınıza gələ biləcək insan olmalıdır.
    Bu gün maraqlı insanlarla görüşlər, qeyri-adi münasibətlərin başlanması mümkündür.
    Şəxsi həyatınızla bağlı perspektiv planlar yarana bilər.

    Alış-verişlə, xüsusilə iri məbləğdə nə isə almaqla bağlı böyüklərin məsləhətlərinə qulaq asın.

    Əkizlər - bu gün pula ehtiyacınız artacaq. Pul qıtlığı və maliyyə çatışmazlığı əhvalınızı əməllicə korlaya bilər.
    Alış-verişdə ən zəruri ehtiyaclarınızın ödənilməsi ilə kifayətlənin.

    Torpaq, daşınmaz əmlak və s. ilə bağlı əməliyyatları təxirə salın.
    Qəti qərarlar verməyə tələsməyin.
    Vaxtınızı sadə və rahat keçirin, məsuliyyətli qərarlar qəbul etməyin. İfrat zəhmət və güc tələb edən heç nə etməyin.

    Bu gün hiperaktiv zəhmətinizə ciddi ehtiyac duyulmur.

    Xərçəng - bu gün müstəqilliyə ciddi ehtiyacınız və istəyiniz olacaq. Kimsə ilə məsləhətləşmədən, nəsihətlərə qulaq asmadan davranmaq istəyirsiniz.

    Təhtəlşüurunuza qulaq verin, hissiyatınızı dinləyin. Belədə ciddi problemlər yaranmamalıdır.
    Yaxınlarınıza köməyiniz, o cümlədən maddi dəstəyiniz gərək ola bilər.

    Əmlakınıza diqqət edin. Bahalı əşyalarınızdan birinin sıradan çıxma, sınma və ya itmə ehtimalı var. Səbəbsiz xərclər ola bilər.

    Birmənalı olmayan münasibətlər yaşadığınız insandan xoş xəbərlər ala bilərsiniz.
    Günün ikinci yarısında qohumlarınızdan biri sizə sürpriz edəcək.

    Şir - valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümknüdür.

    Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar.
    Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
    Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil.

    Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər.

    Qız - bu gün hazır olmadığınız çoxsaylı hadisələr baş verə bilər. Situasiyadan tez baş çıxarın. Lakin tez-tələsik, düşünülməmiş qərarlar verməyə, onları həyata keçirməyə tələsməyin. Belədə yaşananlar emosional durumunuza pis təsir edə bilər.

    Maraqlı planlar, yeknasəq olmayan ideyalar istisna deyil. Şəxsi münasibətlərdə təşəbüsskar olmasanız, həyatınızda köklü dəyişikliklər baş verməyəcək.
    Günün ikinci yarısı aktivliyi bir qədər azaldın.
    Sosial şəbəkələrdə fəallıq göstərə bilərsiniz.

    Tərəzi - romantik münasibətlər baxımından əlverişli gündür. Əks cinsin mənsubları ilə asanlıqla dil tapacaqsınız. Bununla belə, həyatınızda mühüm rol oynaya biləcək insanla da tanış ola bilərsiniz.

    Gün ailəvi istirahət, uşaqlar və valideynlərlə ünsiyyət üçün yararlıdır.
    Qeyri-adi görüşlər, toy və ziyafətə dəvət də ola bilər.

    Diqqət mərkəzində olmaqdan xoşlanacaqsınız.
    Qüvvənizə və imkanlarınıza güvənin.

    Əqrəb - çox gərgin, ən müxtəlif hadisələrlə zəngin bir gündür. Həmin hadisələrdən birinin həyatınızda mühüm rol oynayaraq xoşagələn dəyişikliklərin başlanğıcı olması istisna deyil.

    Çətin, qarışıq, birmənalı olmayan situasiyada təmkinli davranın, amma sürətli olun. Belədə böyük uğur əldə edə bilərsiniz.
    Təhsildə uğurlar, maraqlı müşahidələr mümkündür.

    Riskli olmayın, ənənələri pozmayın, adətlərə qarşı çıxmayın.
    Başqalarının işlərinə qarışmayın və bilavasitə sizə dəxli olmayan situasiyaları düşünüb qəm çəkməyin.

    Oxatan - bu gün eqoist və aktiv olacaq, bir yerdə durmayacaqsınız. Tamamilə yeni, hətta mürəkkəb işlərə başlamaq istəyəcəksiniz. Aşıb-daşan həyat enerjinizi yönəltməyə istiqamət axtarırsınız.
    Amma unutmayın ki, bu gün xırda detallara fikir vermədən geniş miqyaslı işlər barədə düşünmək gərəkdir. Yaxın ətrafınızdakı insanların qarşısında yüksək tələblər qoyur, onlardan çox şey gözləyirsiniz. Bu isə sizə dəyərli olan insanlarla mübahisələrə, pərişanlığa səbəb ola bilər.
    Səbrli olun.

    Oğlaq - səfər, səyahət, şəraitin istənilən dəyişikliyi üçün əlverişli gündür. Tamamilə yeni işlərə başlaya bilərsiniz. Uğur sizi çox gözlətməyəcək.

    Uzaqdan gəlmiş insanlarla görüş və ya sizə yaxın olan adamlardan birindən xəbər alınması mümkündür.
    Naməlum, öyrənilməmiş, müəmmalı nəsnələrə marağınız artacaq. Əvvəllər əsla maraq göstərmədiyiniz bilikləri əldə etməyə çalışacaqsınız.

    Savadlı, təhsilli, ağıllı insanlarla təmaslara can atırsınız. Maraqlı söhbətlər istisna deyil.
    Bu gün romantik tanışlıq və ya münasibətlər gözləməyin.

    Dolça - bu gün görəcəyiniz bütün işləri konkret məqsədlərə çatmağa yönəldin. Boş-boşuna vaxt keçirməyə çalışmayın.

    İnad və ambisiozluğunuz arta bilər. Özünüzə rəqib axtarırsınız. Lakin "çəki dərəcəsi" prinsipini yaddan çıxarmayın.

    Bu gün romantik münasibətlər başlarsa, onların uzunmüddətli olması istisna deyil. Özü də bu münasibətlər sizə sevinclə yanaşı, qayğı və nigaranlıq da gətirəcək.

    Balıqlar - maraqlandığınız, sizə rahat gələn işə həsr edə biləcəyiniz gündür.
    Yaradıcılığa marağınız artacaq. Eyni zamanda, işlə bağlı məsələləri də unutmayın və rəqiblərin sizi üstələmələrinə imkan verməyin.

    Yaradıcılıq potensialınız yüksəkdir. Bu gün sizə çoxsaylı maraqlı ideyalar bəxş edəcək.
    Həmin ideyalar arasında perspektivə hesablanmış fikirlər də var, kiçik istəklər də.

    Yaxın ətrafınızdakı insanlara qayğı və şəfqətlə yanaşaraq mübahisələr və münaqişələrə yol verməyin.
    Həkimin məsləhət bildiyi dərmanlardan savayı, heç bir farmokoloji preparat qəbul etməyin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR