Gecə işləməyin sağlamlığa zərərləri aşkarlandı
Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress”in press-relizində yerləşdirilib.
Araşdırmalarda Avstraliya, Kanada, Fransa, Almaniya və İspaniyadan olan 13 mindən çox qadın iştirak edib. Araşdırmalar zamanı orta yaş həddi 55-59 olub. Onlardan 6,1 min könüllüyə süd vəzisi xərçəngi diaqnozu qoyulub.
Məlum olub ki, gecə işləmə zamanı qadınlarda Er-müsbət və HER2-müsbət süd vəzi xərçəngi inkişaf edib.
Belə ki, gecə üç saat işləyən qadınlarda risk 12 faiz, üç saatdan çox işləyənlərdə isə 80 faiz artıb.
Bununla yanaşı, göstəricilər gecə növbəsindən uzaqlaşdıqdan iki il sonra normaya düşür.