Cəfər Cabbarlının 80 illiyi münasibətilə "Aydın" əsəri Rus Dram Teatrında səhnəyə qoyuldu. Tamaşa "Sevgi üçün bağışla" adı ilə tamaşaçıların görüşünə gəlmişdi.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq Cəfər Cabbarlının anadan olmasının 80 illiyi münasibətilə onun məşhur "Aydın" əsəri Rus Dram Teatrında tamaşaçılara təqdim edildi. Tamaşanın yenidən tamaşaçıların ixtiyarına verilməsi həm ədibin yaradıcılığını yenidən yaşatmaq, həm də müasir dövrdə onun ideyalarının aktuallığını vurğulamaq məqsədi daşıyırdı.
Tamaşa rejissor İranə Tağı-Zadənin rəhbərliyi ilə hazırlanmış və teatr kollektivinin yüksək peşəkarlığı ilə səciyyələnmişdir. Rejissorun yaratdığı səhnə, musiqi müşayiəti və işıq effektləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Rolları canlandıran aktyorlar isə obrazların daxili aləmini və emosional yükünü tamaşaçılara müvəffəqiyyətlə çatdıra bildilər. Bunu antrakt elan ediləndə aydın görmək olurdu.
Tamaşada anşlaq yaşandı. Tamaşa bitdikdən sonra uzun sürən alqışlarla müşayiət olundu. Bu, həm rejissorun, həm də kollektivin zəhmətinin yüksək qiymətləndirildiyini bir daha sübut etdi.
Aydın arzuları məhv olmuş gəncdir. Sözün açığı, onun taleyi məni kədərləndirdi. Gültəkin obrazı mənim üçün mübahisəli obraz oldu. Bilmədim qınayım, ya çarəsiz qadının halına acıyım.
"Aydın" tamaşası, yalnız Cəfər Cabbarlının irsini yaşatmağın deyil, eyni zamanda, onun əsərlərinin müasir teatr mühitində necə aktual və dinamik olduğunu bir daha nümayiş etdirdi.
Hələ də tamaşanı izləməmisinizsə, tövsiyə edirəm, mütləq gedin izləyin.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.