AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anakarada Bakı Milli Geyim Evinin təqdimatında milli geyimlərimiz nümayiş olundu- FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 13:43

    Anakarada Bakı Milli Geyim Evinin təqdimatında milli geyimlərimiz nümayiş olundu- FOTOLAR

    26-28 Fevral tarixlərində Ankarada ATO Congresium-da Ankara Moda Sərgisi baş tutdu. Anadoludakı ən böyük Beynəlxalq Ankara Moda Sərgisi müxtəlif ölkələrdən iştirakçı və ziyarətçilərə ev sahibliyi etdi. Ankara Geyim İstehsalçıları Dərnəyinin əməkdaşlığı və KOSGEB-in dəstəyi ilə təşkil edilən Ankara Moda Sərgisində ən maraq doğuran məqamlardan biri də Azərbaycanın milli ənənələrinə sadiq Bakı Milli Geyim Evinin "Ənənədən gəlcəyə" adlı dəfiləsi və sərgisi oldu.
    Tarixi geyimlərimizin tanınmış modellərin təqdimatındakı nümayişi böyük maraqla qarşılandı.

    “Bakı Milli Geyim Evi”nin rəhbəri, tanınmış modelyer Könül Vəlibəyli bildirdi ki, Ankrada baş tutan bu dəfilə qonaqlar, izləyicilər tərəfindən maraq və sevgi ilə qarşılanıb:

    "Biz buraya yeni kolleksiyalarımızla gəldik. Bilirsiniz ki, Bakı Milli Geyim evi hər zaman hazırladığı milli geyimləri, tarixi ənənələrə söykənən ornamentlərlə hazırlanan geyimləri ilə fərqlənib. Azərbaycanın milli geyimində xüsusi yer tutan Qarabağ libaslarımız burada xüsusi marağa səbəb oldu. Geyimlərimzdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapdı. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Dəfilədə nümayiş etdirdiyimiz geyimlərimiz Qarabağın bölgələrini təcəssüm etdi və həmin bölgələrin canlı obrazını yaratmış olduq. Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Qarabağ geyimlərimiz iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

    Bizə bu dəfilədə iştirak üçün dəstək göstərən Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinə minnətdarlığımızı bildiririk.

    Bilirsiniz ki, “Bakı Milli Geyim Evi” ənənəvi etnik geyim elementlərini qoruyub saxlamaqla, onların unikal və innovativ elementlərini yeni nəslə ötürür. Məqsəd tarixi milli geyimlərin elementlərini adi geyimlərlə birləşdirərək, onlardan yalnız xüsusi günlərdə deyil, həmçinin adi günlərdə də istifadə etməyə nail olmaqdır. “Bakı Milli Geyim Evi”nin hazırladığı milli geyimlər Azərbaycanda bir çox muzeylərin kolleksiyalarında yer alıb. Bakı Milli Geyim Evinin “Borçalı”, “Şuşa”, “Şəki”, “Şirvan”, “Lənkəran” kimi bir çox tanınmış kolleksiyaları var. Biz bu gün daha çox Qarabağ kolleksiyamıza üstünlük verdik. Ondan da çox müsbət geri dönüşlər aldıq".



















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR