Azərbaycan Milli İncəsənət Muzeyində “Çağırış- zaman və məkan boşluğunda itmiş simvollar” adlı sərgi çərçivəsində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliynin sədri, millət vəkili Ülviyyə Həmzəyeva ilə tələbələrin görüşü baş tutub. Tədbir rəssamın əsərləri nümayiş olunan sərgi zalında keçirilib. Ülviyyə Həmzəyeva görüş iştirakçılarına qrafik əsərləri, əsas ilham mənbələri, yaradıcılıq axtarışları və öz sənət yolunda qarşılaşdığı maraqlı məqamlar haqqında danışıb.
Rəssam gənc nəslin nümayəndələrinə dəyərli məsləhətlər verib və milli mədəni irsimizin qorunub saxlanılması, təbliğinin vacibliyini, eləcə də vətənpərvərliyin önəmini qeyd edib. Tələbələr rəssamın sənətə fərqli yanaşmasına, özünəməxsusuluğuna xüsusi maraq göstərərək ona öz suallarını ünvanlayıblar. Səmimi şəraitdə keçən maraqlı tədbirin sonunda Ülviyyə Həmzəyeva gənclərə uğurlar arzulayıb və onlarla xatirə şəkli çəkdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.