AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Körpəsini qucağına almaq üçün gün sayırdı, itirdi...

  • + A
  • - A
  • 21-05-2025, 17:55

    Körpəsini qucağına almaq üçün gün sayırdı, itirdi...

    Türkiyəli tanınmış aktrisa Ege Kökenli hamiləliyinin 22-ci həftəsində övladını itirib.

    O bununla bağlı instaqram hesabında paylaşım edib.

    “Həyat bəzən bizi ən zəif yerimizdən sınayır... Hamiləliyimin 22-ci həftəsində, hər şeyin yaxşı getdiyi bir vaxtda çox böyük həyəcan və sevgi ilə gözlədiyimiz körpəmizi itirdik. Tibbi olaraq əlimizdən gələn hər şeyi etməyimizə baxmayaraq, qızımızı qucağımıza ala bilmədik”, - aktrisa yazıb.

    Qeyd edək ki, Ege Kökenli “Yahşi cazibe”, “Kalp atışı”, “Güneşin kızları”, “Yasak elma”, “Menajerimi ara”, “Güzel aşklar diyarı” kimi bir çox seriallarda rol alıb.

    O, 2022-ci ildə Lior Ahituv adlı şəxslə ailə həyatı qurub.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR