AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir

  • + A
  • - A
  • Dünən, 11:25

    Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir

    ASCO-nun təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanın həyat və fəaliyyətinə həsr olunmuş bədii filmin çəkilişlərinə başlanılıb.

    “Şövkət” adlı ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməklə yanaşı, İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön plana çıxarmaqdır.

    Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edir. Ekran işində 22 yaşlı Şövkət Səlimovanının obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır. Bundan başqa, filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər simalar da rol alır.

    Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri Asif Rüstəmov və “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.

    Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər real məkanlarda aparılır.

    Onu da əlavə edək ki, filmin çəkiliş prosesinin gedişatı barədə davamlı məlumat veriləcək.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR