AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səsi yaşadıqca özü də yaşayacaq

  • + A
  • - A
  • Dünən, 17:10

    Səsi yaşadıqca özü də yaşayacaq

    Xalq artisti Arif Babayevin səhhəti pisləşib.
    Dəyərli sənətkarımız xəstəxanaya yerləşdirilib.

    Arif müəllimlə iki dəfə görüşmüşük. Hər görüşdə cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin ehtiramla yanaşır, Azərbaycanın mədəni irsinin qorunması və təşviqi sahəsində görülən işləri böyük minnətdarlıqla qeyd edirdi.
    Onun sözləri ilə desək:

    "Bu qayğı və dəstək — hər bir azərbaycanlının qürur mənbəyidir."
    İllərlə həsrətində olduğu doğma Ağdam işğaldan azad edildikdən sonra, o torpaqların yenidən bərpası Arif müəllimin qəlbini sonsuz bir sevincə qərq etmişdi.

    🎶 Və onun ən böyük arzusu — doğulub boya-başa çatdığı Ağdam rayonunun Sarıhacılı kəndindəki ata evinin yerində bir Ev Muzeyinin yaradılması idi.

    Bu muzeyin yalnız şəxsi həyat və yaradıcılığını deyil, həm də xalq musiqisinin zənginliyini gələcək nəsillərə çatdıracaq bir ocaq olmasını arzulayırdı.
    Deyirdi ki, bu məkan gələcəkdə milli musiqi mədəniyyətimizin qorunması və tədqiqi üçün önəmli bir mərkəz rolunu oynaya bilər.

    ✨ Arif müəllim bu arzusu ilə bağlı hörmətli Mehriban xanıma və Mədəniyyət Nazirliyinə də müraciət etmişdi. Məktubları şəxsən aparıb yola salmışdım.
    Sözləri bu gün də qulaqlarımda səslənir:

    “Bu ev mənim həyatımı yox, xalqın səsini yaşatsın.”
    Bu gün dəyərli Arif müəllimə Allahdan şəfa diləyirəm.
    Ümid edirəm ki, onun bu böyük arzusu tezliklə gerçəkləşər.
    Səsi yaşadıqca özü də yaşayacaq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR