AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək

  • + A
  • - A
  • Dünən, 20:30

    Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək

    Xalq artisti Hacı Murad Yengizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

    Bu haqda “Qafqazinfo”ya Mədəniyyət Nazirliyindən bəlumat verilib:

    “Sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

    Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

    Hacı Murad Yengizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoymuş, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib.

    Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq”.

    Qeyd edək ki, Tanınmış aktyor 86 yaşında Almaniyada dünyasını dəyişib.

    O, Prezidentin Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR