Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənclərə səslənib.
Sənətçi "Şou MTV"yə müsahibəsində mahnıları ilə bağlı şərtini açıqlayıb.
"Bunlar tarixi mahnılardır. Onları zədələməsinlər. Gənc müğənnilər mahnının orijinalına qulaq assınlar. Əslini dinləmirlər, amma ondan sonra çıxanlara qulaq asırlar. Bəlamız bax, buradadır. İstərdim ki, gənclər mənim mahnılarımı oxuyurlarsa, düzgün ifa etsinlər", - Xalq artisti qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.