İtalliyanın nüfuzlu, mədəniyyət və sosial məsələlər üzrə analitik xəbər agentliyi Lo Spessore portalında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibəsi dərc olunub.
Portalın nümayəndəsi, İtaliyalı jurnalist Domeniko Letizia yazının əvvəlində Azərbaycan haqqında məlumat verib. O, 2021-ci ilin prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunduğunu bildirib. Qeyd edib ki, dünyaca məşhur şairin ölkədə və dünyada silsilə yubiley tədbirləri keçirilməkdədir. Domeniko Letizia yazıda şairin yaradıcılığının təbliği üçün bu vaxta qədər dövlət səviyyəsində görülən işlərdən də bəhs edib.
Domenika Letizia Nizami Gəncəvi yaradıcılığının müasir dövrdə yeni nəsillər üzərində təsir gücünü anlamaq üçün Beynəlxalq Türk Mədənniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan müsahibə götürdüklərini yazıb.
Günay Əfəndiyeva jurnalistin Nizami Gəncəvi ədəbi irsi, onun multikultural dəyərlər baxımından önəmi, müasir oxucu üçün Nizami yaradıcılığının əhəmiyyəti və müxtəlif incəsənət sahələrinin inkişafına təsiri haqqında suallarını cavablandırıb.
Fondun prezidenti müsahibəsində Nizami Gəncəvinin yaradıcılığının ədəbi və coğrafi sərhədlərə sığmadığını vurğulayıb. O, Höte, Erix From, Lui Araqon kimi məşhur avropalı alim və ədəbiyyatşünasların dahi Azərbaycan şairi və mütəfəkirinin yaradıcılığını yüksək qiymətləndirdikləriini bildirib. Jurnalistin Nizami yaradıcıllığında multikultural dəyərlərlə bağlı sualına cavabında Fondun prezidenti dahi şairin öz dövrünü 800-900 il qabağladığını qeyd edib. Bildirib ki, Nizami Gəncəvi Azərbaycan şairi olduğu qədər bəşəri şairdir. “Yeddi Gözəl” poemasından misallar gətirən Günay Əfəndiyeva şairin bütün millətləri eyni dərəcədə sevməyi aşıladığını bildirib. O qeyd edib ki, dahi şairin “Xəmsə”si bütövlükdə humanizm və miltikulturalizm konsepsiyasıdır. Fondun prezidenti Nizami Gəncəvinin özündən sonra böyük bir ədəbi məktəb yaratdığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Nizami yaradıcılığının həm öz dövründə, həm də müasir dövrdə müxtəlif sənət sahələrinin – klassik musiqinin, rəssamlığın, minyatür sənətinin inkişafına böyük töhfə verdiyini də bildirib.
https://www.lospessore.com/09/07/2021/gli-880-anni-di-nizami-ganjavi-poeta-e-pensatore-azerbaigiano/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.