AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanla əməkdaşlıq münasibətlərini gücləndirir

  • + A
  • - A
  • 17-02-2021, 15:55


    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou arasında görüş keçirilib.
    Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın genişmiqyaslı fəaliyyətindən, pandemiya dövrü olmasına baxmayaraq türkdilli xalqların zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Qırğızıstanla qarşılıqlı əməkdaşlığın, Türk Dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.
    Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou Beynəlxalq Türk

    Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların qədim tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda Fond ilə Qırğızıstan arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələri dəstəkləyəcəyini qeyd edib.
    Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR