AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış fotoqraf Valeh Arifoğlu Tovuz gəncləri ilə görüşüb

  • + A
  • - A
  • 16-08-2022, 17:03

    Tanınmış fotoqraf Valeh Arifoğlu Tovuz gəncləri ilə görüşüb

    Fotoqraf Valeh Arifoğlu imzası çoxumuza tanışdı. Hər zaman tədbirlərlə özünəməxsus kadrları fotoya çevirən Valehin çəkdiyi fotoşəkillər çox vaxt trend olmağı bacarıb. Elə peşəsinin sirlərini gənclərlə bölüşmək məqsədilə Tovuz rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış fotoqrafı Valeh Arifoğlu ilə Tovuz gənclərinin görüşü keçirilib.

    Görüş zamanı Valeh Arifoğlu gənclərə fotoqrafiyanın tarixi, düzgün kadrların çəkilməsi, xarici və yerli fotoqrafiya, həmçinin ilkin vərdişlərin formalaşmasından danışıb.

    “Fotonun inkişafı cəmiyyətin tələbatından irəli gəlir. Qəzet-jurnal bazarının kütləviləşməsi fotoqrafiyanı müxbirlik sahəsinə istiqamətləndirdi. İlk kino lentləri yaranan zaman fotoqrafiya parlaqlıq və estetikası ilə əsl sənət kimi çıxış edirdi,” - deyə V.Arifoğlu deyib.
    Sonda gənclərin sualları fotoqraf tərəfindən cavablandırılıb, praktiki tapşırıqlar icra olunub.

    Görüşlə bağlı təəssüratlarını Azadmedia.az-a bölüşən tanınmış fotoqraf gənclərin bu sahəyə olan marağını yüksək qiymətləndirdi.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR