AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mən aşığam, açıq-saçıq geyinə bilmərəm, heç mənə yaraşmır da...”

  • + A
  • - A
  • 28-10-2022, 09:30

    “Mən aşığam, açıq-saçıq geyinə bilmərəm, heç mənə yaraşmır da...”


    “Sənətdən sui-istifadə etmək olmaz. Sənəti olan qalmaqala da qaçmaz. Bu da bir müqəddəs sənətdir. Biz bu peşə ilə kimliyimizi ortaya çıxarırıq, tanınırıq, çörək qazanırıq. Ona görə bir az ehtiyyatlı davranmaq, sənəti qorumaq lazımdır. İndi artıq qalmaqal insanlara o qədər də maraqlı deyil. İnsanlar hamını görüb, hər kəsi tanıyırlar ki, filankəs necədir? Ola bilər ki, kimlərsə qalmaqal edib gündəmə gəlir, amma bu tamaşaçılara maraqlı deyil”

    Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib. O daha sonra əlavə edib.

    “Mən ya göründüyüm kimi olmalıyam, ya da olduğum kimi görünməliyəm. Tamaşaçılar məni belə tanıyıb, başqa bir obraza girəndə deyirlər ki, “sən elə özün idin də, niyə belə etdin?”. Səhnədə obraz oynaya bilərəm, amma xarakterimi içəridən dəyişdirə bilmərəm” deyə aşıq deyib.

    Telli Borçalı inanclardan da danışıb.

    “İnanclara bir o qədər də inanmıram. Bir Allaha inanıram, çünki alnıma yazını o yazıb. Demək ki, mən o günü yaşamalıyam, bu mənim həyatımda olmalıdır. Nə vaxt dünyadan köçəcəyimizi yalnız o bilir” deyə o bildirib.

    Aşıq geyim seçimlərindən də danışıb.

    “Bəzən mağazada gördüyüm geyim mənə balaca olur. Amma onu bəyənmişəm axı. Deyirəm ki, bu paltarı bir az genişləndirmək olar?! Paltar alanda, geyim seçəndə bəzən açıq-saçıq olur. Satıcı deyir ki, Telli xanım, belə geyinə bilərsiz. Deyirəm ki, mən aşığam, açıq-saçıq geyinə bilmərəm, heç mənə yaraşmaz da. Hərənin öz zövqü, seçimi var. Müğənnilər var ki, geyinir, onlara yaraşır da. Mənə açıq-saçıq geyimlər yaraşmır” deyə aşıq bildirib.

    Telli Borçalı bildirib ki, əsl aşıq bir neçə dastan bilməlidir.

    “Aşıq sinəsində saz gəzdirirsə mütləq söz deməlidir. Əsl aşıq saz çalıb, dastan deməli, bir sözlə baqajı olmalıdır. İndiki zəmanədə gənclərimiz bir o qədər də dastanlar bilmir. Amma öyrənmək lazımdır, öyrənirlər də. Bəzən ola bilər ki, hansısa toya gedəsən, səndən elə mahnı istəyərlər ki, onu ifa edə bilməyəsən. Ona görə də mütləq ustad yanına gedib, bir çox şeyləri ondan öyrənmək lazımdır” deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR