Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") vəziyyəti ağırlaşıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O bildirib ki, şiş artıq onun beyninə yayılıb:
"Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya Mərkəzinin rəhbərliyi, onu 5 ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb".
Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var:
"Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona görə də evini satışa çıxardıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona dəstək olsa, evi də satılmaz”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.