Türkiyə kinosunun ulduzu İlker Ayrık Azərbaycana gələcək.
7 dekabr saat 19:00-da "Park Cinema Flame Towers"də İlkerin iştirakı ilə “Çakallarla Dans 6” filminin qala gecəsi keçiriləcək.
Gecədə İlkər Ayrık ilə yanaşı, "Diriliş: Ertuğrul" və "Kuruluş: Osman" seriallarının ulduzu, Didem Balçın da iştirak edəcək. Həmçinin “Bana sevmeyi anlat” serialının aktrisası Mine Kılıç da Bakıya filmin qalası üçün gələcək.
Qeyd edək ki, bu filmdə Şevket Çoruh, Timur Açar və digər aktyorlar da çəkilib. İlker Ayrık aktyorluq fəaliyyəti ilə yanaşı televiziyada aparıcılığı ilə də məşhurdur. Belə ki, “Ben bilmem eşim bilir” verilişi vasitəsilə o, Türkiyə və Azərbaycanda izləyicilərin sevgisini qazanıb.
“Çakallarla Dans 6” filminin kollektivi təqdimat günü - dekabrın 7-də Azərbaycana gələcək. Qonaqlar, həmçinin ertəsi gün Bakıda qalmağı, daha sonra Türkiyəyə qayıtmağı planlaşdırırlar.
Filmi yaradıcıları ilə birlikdə izləmək istəyənlər qala gecəsi üçün biletləri Park Cinema kassalarından və ya
parkcinema.az internet saytından əldə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.