AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Park Cinema”da aktyorlarla görüş günü keçiriləcək

  • + A
  • - A
  • 22-12-2022, 11:09

    “Park Cinema”da aktyorlarla görüş günü keçiriləcək

    22 dekabr saat 18:30-da "Park Cinema" Park Bulvar kinoteatrında "Hozu Cangüdən" filminin imza günü keçiriləcək. Tədbirdə filmin yaradıcı və aktyor heyəti iştirak edəcək.

    Filmin baş qəhramanı "Hozu" - Məcid Hüseynov film haqqında fikirlərini bölüşüb: "Artıq uzun müddətdir ki, film tamaşaçılar arasında sevərək izlənilir və ilin ən gülməli yerli komediya filmi olaraq qalır. Filmi hələ də izləməyən tamaşaçıları, elə bizimlə birlikdə 22 dekabr "Park Cinema"da izləməyə dəvət edirik".

    Qeyd edək ki, hazırda "Park Cinema" kinoteatrlar şəbəkəsində həftəiçi hər gün saat 17:00-dək endirim kampaniyası davam edir və "Hozu Cangüdən" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Həmçinin növbəti həftənin çərşənbə axşamı günü "Park Cinema"da bütün filmlər cəmi 3 AZN-dən. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR