AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qoy, uşaqlar xoşbəxt olsun...

  • + A
  • - A
  • 16-02-2023, 12:30

    Qoy, uşaqlar xoşbəxt olsun...

    Bildiyiniz kimi, hər il 15 fevral dünyada və ölkəmizdə Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq bu azyaşlılara sevinc və təbəssüm bəxş etməyə çalışır.
    Teatrın mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə sosial-mədəni aksiyaları çərçivəsində xeyriyyə tədbirlərini ənənəyə çevirən Azərbaycan Dövlət Kukla Teatrı bu vacib məsələ ilə bağlı da vahid proqram reallaşdırır.
    Belə ki, hər il müxtəlif təşkilatlar ilə əməkdaşlıq çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqlar üçün tamaşalar nümayiş etdirib, müxtəlif konsertlər, şoular təşkil edir.
    Kuklaçılar bu dəfə də “Avrora Qrup” ilə əməkdaşlığın nəticəsi olaraq mərkəzdə müalicə alan uşaqlar üçün repertuardakı maraqlı səhnə nümunələrindən “Qoğal” tamaşasını nümayiş etdiriblər. Bununla yanaşı balacalar üçün müxtəlif şoular, əyləncəli oyunlar da təşkil olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR