17 mart saat 19:00-da Park Cinema Alov Qüllələrində “Elçilik” romantik komediyasının qala gecəsi keçiriləcək.
Gecədə filmin baş rol ifaçıları və çəkiliş heyəti izləyicilərlə görüşüb, filmi izləyəcəklər. Film türk ailənin, azərbaycanlı ailəyə elçi gəlməsi ilə başlayır. Bu ailələr bir-birini sosial şəbəkə üzərindən tanıyıb, özlərini bir-birinə varlı kimi təqdim edib, bir-birinin sərvətinə ortaq olmaq üçün övladlarını evləndimək qərarına gəlirlər. Bu müddətdə baş verən bəzi hadisələr ekran işində işıq üzü görür.
“Elçilik”də Azərbaycanda Təhminə rolu ilə tanınan Meral Konrat,sevilən aparıcılar Elgiz Əkbər və Pərvanə Tahirqızı, sevilən müğənnilər Xatun və Barış Kömürcüoğlu, aktyorlar Teymur Məmmədov, Firüzə Balayeva və Niftulla Əsgərov rol alıb.
Ekran işinin ideya müəllifi Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaraşaroğlu (“My Name is İntiqam”, “Hozu” romantik komediyası və “Hozu cangüdən” macəra komediyası) və ssenari müəllifi Əcəmi Əsədulladır (“Geri Dönənlər”).
Təqdimat gecəsində iştirak etmək istəyənlər biletləri “Park Cinema” Alov Qüllələri kassasından və ya
www.parkcinema.az saytına keçid edərək əldə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.