Kinoteatrlarda uğurla nümayiş olunan “Evdə Qalmış” filminin kadrarxasında duyğulu anlar yaşanıb. Bu barədə filmin rejissoru Valeh Əhmədov məlumat verib.
O bildirib ki, film çəkilişləri zamanı məkan axtararkən mərhum sənətçi Rəhim Rəhimli heyyətə köməklik edib. Şəxsi tanışlıq olmasa belə müğənni rejissorla əlaqə saxlayıb, məkan axtardığını eşidib, ona köməklik etmək istəyib. Hətta söz verib ki, film üçün xüsusi mahnı da bəstələyəcək. Təəssüf ki, çəkiliş bitən zaman müğənni dünyasını dəyişib. Amma rejissor filmdə Rəhim Rəhimlinin mahnısından bir parça səsləndirib.
Qeyd edək ki, film hal-hazırda günün istənilən saatında Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygun Mall və Zagulba Mall-da nümayiş olunur. Biletləri əldə etmək üçün parkcinema.az saytına keçid edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.