Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə #BayramQalası günləri baş tutacaq.
Tədbirlərə ilk olaraq 19.03.2023-cü il tarixində saat 13:00-da QoşaQala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri #26mart tarixinə qədər saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, #rəssamlıq, nano art, keramika kimi sənətkarlıq nümunələri üzrə əl işləri nümayiş etdiriləcək, ustaddərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
Bayram günlərinin #proqramı ilə bizim sosial şəbəkə hesablarımızdan (instaqram: icherisheher_living_history, facebook: İÇƏRİ ŞƏHƏR-LİVİNG HISTORY) tanış ola bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.