AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi tərəfindən alındı

  • + A
  • - A
  • 21-03-2023, 20:13

    Qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi tərəfindən alındı

    Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb. Aparılan işlər dayandırılıb. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcəkdir.

    Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat vermələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR