AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünas alim Samsunda keçirilən beynəlxalq konfransda məruzə edib - ÖZƏL

  • + A
  • - A
  • 29-03-2023, 14:52

    Şərqşünas alim Samsunda keçirilən beynəlxalq konfransda məruzə edib -



    Bakı, 29 mart — Azadmedia.az

    Şərqşünas alim Samsunda keçirilən beynəlxalq konfransda məruzə edib.

    AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Qara dəniz Modern Elmi Araşdırmalar Konfransında onlayn iştirak edib. Bolqarıstan Elmlər Akademiyası, İKSAD İnstitutu, Buxarest Universiteti, Qara dənizə çıxışı olan ölkələrin Elmi Assambleyası, QaraSam-Qara dəniz strateji araşdırma və tətbiq mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutan konfransa 30-dan çox ölkənin alim və tədqiqatçıları qatılıb.
    Şərqşünas alim konfransda “Dalğa”ya çevrilən arx və ya Güney Azərbaycanın igid qızı” adlı məruzə ilə çıxış edib. Auditoriyadakı xarici nümayəndələrin müxtəlifliyini nəzərə alan məruzəçi çıxışını Azərbaycan adlı vahid məmləkətin mənfur güclərin əli ilə ikiyə parçalandığı tarixə ekskursla başlayıb, iki əsrdən çox davam edən milli azadlıq mücadiləsinin bu gün daha kəskin və ciddi mərhələyə keçid aldığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. Güneyimizdə yaşananlarla son dərəcə paraleleik təşkil edən, səsləşən məruzədə şairə, müəllimə, inqilabçı, ömrünün 29-cu baharında SAVAKla silahlı atışmada qətlə yetirilən İran Xalq Partizan Fədailəri təşkilatının tanınmış üzvü Mərziyə Üskuyinin həyat və yaradıcılıq yoluna işıq salınıb. Şairənin mübarizələrdə keçən həyatın mündəricəsini xatırladan poetik irsi filoloji aspektdə təhlil olunub.


    Vüqar Məmmədov,
    AMEA-nın Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR