30 illik işğal zamanı Şuşa şəhəri dağıdılıb, vandalizmə məruz qalıb. Şəhər azad edildikdən sonra prezidentin tapşırığı ilə burada bərpa işləri aparılır. Azadmedia.az xəbər verir ki, bu barədə TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının Şuşa şəhərində keçirilən IX iclasının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa bölgəsi üzrə xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
“Şuşada 10-a yaxın abidə bərpa olunub. Digər abidələrin də bərpası yaxın günlərdə yekunlaşacaq, hazırda bu işlər davam etdirilir”, - deyə A.Kərimov vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.