AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

  • + A
  • - A
  • 8-05-2023, 21:34

    Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 8 may 2023-cü il tarixində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı Bakı Fotoqrafiya Evində həyata keçirilmişdir.
    Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunmuşdur. Heydər Əliyevin dünya liderləri ilə görüşlərini və iş fəaliyyətini lentə alan bu fotoqraflar Ümummilli Lider ilə birgə keçirdikləri böyük yolun xatirələrini fotoqrafiya dili ilə bu sərgidə paylaşdılar. Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirmişdir. Yaşar Xəlilov və Oqtay Məmmədov Azərtac-da üzünmüddət çalışmış fotoqraflar idilər. Sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov çıxış etmişdir. Təbdirdə Azərbaycan Fotoqraflar Birliyi və Azərtac-ın nümayəndələri, həmçinin İçərişəhər DTMQİ-nin əməkdaşları iştirak etmişdir.
    Sərgi 8-14 may 2023-cü il tarixlərində həyata keçirilir.
    Qeyd edək ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100-cü il dönümüdür. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdur.

    В Бакинском Доме Фотографии открылась уникальная выставка фотографий, посвященная памяти Гейдара Алиева

    8 мая 2023 года в Бакинском Доме Фотографии состоялось открытие уникальной выставки фотографий, посвященной памяти Гейдара Алиева. Выставка организованна Управлением Государственного историко-архитектурного заповедника «Ичеришехер».
    На выставке были представлены работы известных фотографов - Рафика Багирова, Яшара Халилова, Октая Мамедова и других, отражающие жизнь и деятельность Общенационального Лидера Гейдара Алиева. Эти фотографии встреч Гейдара Алиева с мировыми лидерами и его рабочей деятельности, запечатлели памятные моменты большого пути Общенационального Лидера.

    Рафик Багиров многие годы был личным фотографом Общенационального Лидера Гейдара Алиева. Яшар Халилов и Октай Мамедов были фотографами, долгое время работавшими в Азербайджанском Государственном Агентстве «Azərtac».

    На открытии выставки выступили Председатель Правления Государственного историко-архитектурного заповедника «Ичеришехер» Шахин Сеидзаде, Депутат Милли Меджлиса Нигяр Арпадараи, Председатель Сабаильского районного отделения партии «Ени Азербайджан» Мухтар Нагиев и фотограф Рафик Багиров. Представители Азербайджанского Союза Фотографов и Azərtac, а также сотрудники Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» приняли участие на открытии выставки.

    Отметим, что в этом году исполняется 100 лет со дня рождения Общенационального Лидера Азербайджана Гейдара Алиева. 29 сентября 2022 года Президент Ильхам Алиев своим указом объявил 2023 год "Годом Гейдара Алиева".

    Выставка будет проходить с 8 по 14 мая 2023 года.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR