AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvanşahlar Sarayı Kompleksində tanınmış ifaçıların iştirakı ilə “Sarayın sirləri” adlı növbəti musiqili gecə

  • + A
  • - A
  • 15-05-2023, 10:55

    Şirvanşahlar Sarayı Kompleksində tanınmış ifaçıların iştirakı ilə “Sarayın sirləri” adlı növbəti musiqili gecə

    12 may 2023-cü il tarixində Şirvanşahlar Sarayı Kompleksində məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn və tanınmış pianoçu Səidə Tağızadənin iştirakı ilə “Sarayın sirləri” adlı konserti həyata keçirilmişdir.
    “Simurq” musiqi festivalının müəllif və rəhbəri Səidə Tağızadə, həmçinin Aviv simli kvartetinin yaradıcılarından biri, Xorvatiya, Sloveniya, Böyük Britaniyada ustad dərsləri keçmiş məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn Azərbaycan və Qərbi Avropa bəstəkarlarının görkəmli əsərlərini ifa etmişlər. Musiqili gecənin qonaqları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fövqəladə Hallar Nazirliyinin nazir müavini Faiq Tağı-zadə, Elm və Təhsil Nazirliyinin nazir müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Almaniyanın səfiri Ralf Horlemann və digərləri açıq havada səslənən gözəl musiqi sədalarından zövq almışlar.

    “Sarayın sirləri” konserti “İçərişəhər” Qoruq İdarəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, PAŞA Holding və SİMURQ Musiqi Festivalı tərəfindən keçirilmişdir



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR