AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ gecəsi” xeyriyyə konserti bu dəfə Gəncədə keçiriləcək

  • + A
  • - A
  • 25-05-2023, 14:05

    “Qarabağ gecəsi” xeyriyyə konserti bu dəfə Gəncədə keçiriləcək

    17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.
    Konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunur.
    Bədii hissədən dərhal sonra rəsmi ziyafət təşkil olunacaq.
    Məlumat üçün bildirək ki, həm konsert, həm də rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.
    (Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert23)
    Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
    Xatırladaq ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq 26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub.
    Ölkəmizdə böyük əks-səda doğurmuş konsertdən, sponsorlar və bilet satışından öncədən proqnozlaşdırılandan da artıq – 171 257 manat vəsait toplanıb. Toplanan vəsait hesabına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.
    Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad olunan ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edirik.
    Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.
    Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!
    https://www.youtube.com/watch?v=f_1dM5oKHqk


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR