AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük sənətkarın müəmmalı ölümü

  • + A
  • - A
  • 30-05-2023, 23:16

    Böyük sənətkarın müəmmalı ölümü

    Bu gün Ağdamın fəxri, Azərbaycanın sevilən müğənnisi Səxavət Məmmədova saatlarla qulaq asmışam. Səsin sehrinə düşmüş idim. Səxavət Məmmədov sözün əsl mənasında Kişi deyiləcək şəxslərdən biri idi.

    Səxavət Məmmədov Azərbaycanda yeganə müğənni idi ki, müharibə başlanan gündən toy və tədbirlərdən qazandığı pulları Vətən üçün, əsgərlər üçün xərcləyirdi. Çox az adam bilir ki, mərhum Səxavət Məmmədov 1988-ci ildən başlanan, Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Gecələr isti çay, isti geyim gətirib verib meydanda duranlara. Dostlardan biri danışır ki, Səxavət meydana gətirilən üç rəngli Azərbaycan bayrağını diz çöküb öpüb, gözünün üstünə qoyub.
    Müharibənin ilk günlərindən isə silah alınmasından tutmuş əsgərlərin yeməyinə qədər bütün qazancını xərcləyirdi. Əsgərlər danışırdılar ki, Səxavət hər həftə onların yanına gəlir, səngərdə qalır, onlarla birgə əlinə silah alıb Ağdamı müdafiə edirdi.
    1991-ci ildə "qəza" da həyatını itirindən sonra Ağdamda hamı yas içində idi. Çünki KİŞİ rəhmətə getmişdi. Onun ölümü (öldürülməsi ) bu günə qədər müəmma olaraq qalır. O zamankı hakimiyyət belə açıqlama verdi ki, Azərbaycanlı müğənni Səxavət Məmmədov Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşüb. Yəni "Kamaz" markalı maşınla toqquşub və o, anındaca rəhmətə gedib. Düzü buna inanırdım son illərə qədər. Amma bu məsələni araşdırdıqda bir birini təkzib edən faktlarla rastlaşdım.Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Gələn təcili yardım, orda olan adamlar da görmüşdülər ki, Səxavət olan maşının boş yolda getdiyi zaman Kamaz hardansa qəfildən çıxıb onların üstünə sürmüş idi. O dövrün istintaq aparanları da bunu belə təsdiq etmiş idilər. Amma amma amma
    Sifarişçi çox güclü adam idi, bu günün özündə də çox təhlükəli gücə malikdir.
    İkinci şübhəli məsələ onun ölümündən sonra verilən açıqlama idi. Guya onlar toyda olublar Səlyanda, içkili olublar. Amma araşdırma zamanı məlum olub ki, mərhum Salyana gedib, amma həmin günü toy olmayıb və orda toyda iştirak etməyib. Kimin sifarişidir bilinir, bu gün sağ olan bəzi Ağdamlılar da bilir bu "qəzanın" elə belə olmadığını. Kamaz sürücüsü həbsdə olanda Səxavətin ailəsinə etiraf etmək istədiyini bildirir. Səhər isə “Kamaz” sürücüsü həbsdə müəmmalı şəkildə öldü.
    Həkimlər susdu, şahidlər susdu. Sənədlər yoxa çıxdı. Amma biz ki, hələ sağıq. Bilirik.
    Ruhun şah olsun

    Sənin Şəxsiyyətin önündə baş əyən
    Zaur Əliyev ,dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR