Əməkdar artist Füzuli Hüseynov 247 saylı tam orta məktəbdə keçirilən tədbir zamanı Azadmedia.az-ın əməkdaşının suallarını cavablandırıb. Müxbirimizin - Niyə indi Füzuli Hüsüynovlar, Rafael Dadaşovlar, Amaıya Pənahovalar, Nəsibə Zeynalovalar yetişmir? - sualına əməkdar artist aktyorluq fakültəsinə qəbulun test üsulu ilə aparılmasını düzgün saymayıb, səbəblərdən biri kimi bunu göstərib. F.Hüseynovun fikrincə məktəblərdə, dərnəklərdə uşaqların istedadı üzə çıxarılmalı, aktyorluq üçün təhsilə istiqamətlənməlidir. Test üsulu ilə AMİU-yə qəbulu yaxşı aktyorların yetişməsində tənəzzülün başlanğıcı hesab edən aktyor gənclərin istedadlı olmaması fikri ilə razılaşmayıb, hazırda Dram Teatrda istedadlı gənclərin çalışdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.